Putin nüvə silahı tətbiq etməyə cürət etməz :Bu, Rusiyanın özünü məhv etməsi demək olar

Putin nüvə silahı tətbiq etməyə cürət etməz :Bu, Rusiyanın özünü məhv etməsi demək olar

24 Sentyabr 2022 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Putin qorxaq və ağciyər adamdır, heç özünü güllələməyə "duxu çatmaz"..."

"Səfərbərlik qərarını Putin yox, ətrafı qəbul edib.."

"Bu, təkcə Ukrayna ilə deyil, NATO ilə, sivil dünya ilə savaşdır..."

"Bura baxın, biz dalandayıq, gəlin, nəsə edək, yoxsa bu an nüvə bombası atarıq..."

"Əgər onlar "zek"ləri toplaya bilmirsə, canlı, sağlam insanları toplaya bilərmi?.."

"Onlar Ukraynanın bir parçası uğrunda vuruşmağın müqəddəs borc olduğunu izah edə bilməyəcək..."

Rusiyada Ukraynada müharibə səbəbindən səfərbərlik barədə qərarı Rusiya prezidenti Vladimir Putin deyil, ətrafı qəbul edib.

Oxuməni.az xəbər verir ki, bu fikri "QORDON" nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı biznesmen, Rusiya Federasiyası Federasiya Şurasının sabiq üzvü Sergey Puqaçov ifadə edib.

"O, qətiyyətsiz adamdır, qərarlar qəbul etmir...O, təbii ki, küncə sıxışdırılıb, güclü əsəb keçirir, bu, göz önündədir. Belə deyək, bu, Federal Məclisə bir növ müraciətdir, yəni bütün mənalarda taleyüklü qərardır, bu qərarı, əlbəttə ki, Putin yox, ətrafı qəbul edib", - Puqaçov deyib.

O, bu ətrafı "mini-siyasi büro" adlandırıb, buraya, biznesnenin sözlərinə görə, üç kateqoriya adamlar-"pul klanları, müharibə klanları, pul və müharibı klanları" daxildir.

"İlk olaraq "mini-siyasi büroda" Puqaçov güc strukturları rəhbərlərinin- Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin, müdafiə naziri Sergey Şoyqunun və FTX direktoru Aleksandr Bortnikovun adlarını çəkir.

"İkinci kateqoriya"ya Puqaçov o cümlədən "Rosneft"in rəhbəri İqor Seçini aid edib.

"Mən bu tamamilə çürük strukturu gözəl anlayıram. Onlar belə də başlayıblar: bədən tərbiyəsi müəllimi, onun katibindən və s. ibarət siyasi büro. Sadəcə, ali rütbələr FTX direktoru və Təhlükəsizlik Şurasının katibidir...Və bir də orduda xidmət keçməyən marşaldır. Bu əlillər qadir olduqları hər şeyi göstərib. Əgər onlar "zek"ləri toplaya bilmirsə, necə düşünürsünüz, canlı, sağlam insanları toplaya bilərmi?" - Puqaçov sual edib.

Biznsesmen əmindir ki, nəticədə səfərbərlik iflasa uğrayacaq və rusiyalılara nəyin uğrunda vuruşmağı izah edə bilməyəcəklər.

"Siz bizim bu günün Rusiyası adlandırdığımız Ukrayna torpağının bir parçası uğrunda vuruşmağın müqəddəs borcumuz olduğunu izah edə bilməyəcəksiniz. Başa düşürsünüzmü?", - Puqaçov deyib.

Eyni zamanda, o, əmindir ki, Putinin səfərbərlik elan etməsi taleyüklü qərardır və faktiki olaraq üçüncü dünya savaşının elan edilməsidir.

"Anlamaq lazımdır ki, bunun nəticələri çox böyük olacaq. Bu, artıq təkcə Ukrayna ilə deyil, həm də NATO ilə, sivil dünya ilə savaşdır", - biznesmen deyib.

O, qeyd edib ki, Putin nüvə silahı tətbiq etməyə cürət etməz, belə bəyanatlar verməklə, o, sadəcə, blef edir.

"Xatırlayırsınızsa, mən demişdim: əgər siçovulu küncə sıxışdırsan, o, üstünə atılıb səni dişləyəcək. Bax, o, belə bir siçovula bənzəyir. Və belə bir vəziyyətə düşüb. Anlamaq lazımdır ki, bu gəmidə o, tək deyil. Nüvə silahı barədə deyilənlər də, hər zaman olduğu kimi, blefdir. O, özü də bunun blef olduğunu anlayır, çünki əgər adam deyirsə ki, "baxın ha, bu, blef deyil", bu, o deməkdir ki, məhz blefdir", - biznesmün deyib.

Puqaçov Putini çətin ki, törədə biləcək qorxaq və ağciyər adam adlandırıb.

"Bilmirəm, o, hətta özünü güllələmək istəsə belə, buna onun "duxu çatmaz". Mən hələ nüvə müharibəsindən danışmıram. Bu, onun növbəti, belə demək mümkünsə, zirzəmidən Skype-la Münhen nitqidir.

Vəssalam", - sahibkar buna əmindir.

O, hesab edir ki, belə bəyanatlarla Putin Qərbi razılığa gəlməyə vadar etmək istəyir.

"Bu, əslində bizə deyil, NATO və başqalarına mesajdır: "Bura baxın, biz dalandayıq. Gəlin, nəsə edək, yoxsa nüvə bombası atacağıq". Bunlar isə, əlbəttə, sadəcə, sözlərdir", - Puqaçov deyib.Moderator.az