Almaniya  Rusiya ordusunun fərarilərinə və Putin rejiminin əleyhdarlarına sığınacaq verəcək

Almaniya Rusiya ordusunun fərarilərinə və Putin rejiminin əleyhdarlarına sığınacaq verəcək

24 Sentyabr 2022 06:18
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın daxili işlər naziri Nensi Fayzer Almaniya hakimiyyətinin Rusiya ordusundan fərariləri və Putin rejiminin əleyhdarlarını qəbul etməyə hazır olduğunu bildirib.

Oxuməni.az Almaniya mətbuatına istinadla xəbər verir ki, bundan əvvəl o, orduda xidmətdən imtina və fərariliyi Rusiya vətəndaşlarının müdafiəsi üçün əsas olmadığını demişdi.

Nensi Fayzer vurğulayıb: “Bir qayda olaraq, ağır repressiyalarla təhdid edilən fərarilər Almaniyada beynəlxalq müdafiə alırlar. Putin rejiminə cəsarətlə qarşı çıxan və özünü böyük təhlükəyə atan hər kəs siyasi təqiblərə görə Almaniyadan sığınacaq ala bilər”.