Dağıstanda səfərbərliyə qarşı etirazlar davam edir: Bölgədə vəziyyət gərginləşir...-VİDEO

Dağıstanda səfərbərliyə qarşı etirazlar davam edir: Bölgədə vəziyyət gərginləşir...-VİDEO

25 Sentyabr 2022 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının Dağıstan Respublikasında vətəndaşlar federal magistral yolu bağlayıblar.

Oxuməni.az xəbər verir ki, bu haqda "Meduza" kanalı, həmçinin Dağıstan teleqram-kanalları məlumat yayıb.

Babayurt rayonunun sakinləri “qismən səfərbərlik” adlandırılan tədbirə etiraz ediblər. İnsanlar avtomobil yolunu kəsərək yük maşınlarını və digər nəqliyyat vasitələrini buraxmamağa çalışlblar.

Rusiya Federasiyasındakı senzura səbəbindən etirazın necə bitdiyi məlum deyil.

Bundan əlavə, Dağıstanın digər bir rayonunda səfərbərliyə etiraz edən vətəndaşların hərbi komissarlıq önündə qurumun işçiləri ilə kəskin mübahisəsini əks etdirən videolar da qısa müddətdə gündəmə çevrilib.

Xatırladaq ki, hələ bu ilin mayında Dağıstanda 11-ci sinif şagirdi Zöhrə Albekova “son zəng” mərasimində mikrofon qarşısına keçərək “Müharibəyə yox! Ukraynaya azadlıq! Putin şeytandır!" şüarlarını səsləndirmişdi...

Moderator.az