Köşəyə sıxışdı, hər şeyi açıb-tökdü – ABŞ-dan şok Türkiyə etirafı

Köşəyə sıxışdı, hər şeyi açıb-tökdü – ABŞ-dan şok Türkiyə etirafı

29 Sentyabr 2022 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Departamentinin sözçüsü Ned Prays Yunanıstanın Egey dənizinin qeyri-hərbi statuslu adalarına Türkiyəyə qarşı ABŞ istehsalı zirehli texnikalar göndərməsinin Vaşinqtonun maraqlarına uyğun olduğunu etiraf edib.

Oxuməni.az xəbər verir ki, Ankara və Afinanı fikir ayrılıqlarını diplomatik yollarla həll etməyə çağıran Prays ölkələrin bir-birinin sərhədlərinə hörmət etmələri lazım olduğuna diqqət çəkərək, bölgədə gərginliyi artıracaq bəyanat və addımlardan uzaq durmaq çağırışını təkrarlayıb.

Amerika rəsmisi ölkələrin öz silahlarını necə yerləşdirmələri ilə bağlı şərh verməyəcəklərini bildirdikdən sonra türk jurnalist ona belə bir sual ünvanlayıb:

“Məlumdur ki, hər bir silahdan istifadə şərtləri var. Yunanıstanın beynəlxalq müqavilələri pozaraq, istifadə etdiyi ABŞ silahları ilə bağlı heç bir şərt yoxdurmu?”.

Prays suala cavab verməkdə çətinlik çəkib:

“Müttəfiqlərimizə və tərəfdaşlarımıza göstərdiyimiz təhlükəsizlik yardımını, eləcə də silah sistemlərinin tədarükünü həmişə diqqətlə izləyirik”.

ABŞ-ın xüsusilə terrorla mübarizədə birgə çağırışlara və təhdidlərə qarşı tərəfdaşlarına silah tədarük etdiyini bildirən Prays verilən silahlarla bağlı davamlı bir qiymətləndirmə prosesinin olduğunu iddia edib.

Amerika rəsmisi bu dəfə də türk jurnalistin tərs sualı ilə üzləşib:

“Silahlarını harada yerləşdirmək ölkələrin öz işidirsə, niyə türklərə “S-400-ləri yerləşdirməyin” deyirsiniz?”.

“Bunun nəticələrinin olacağını da açıqladıq”, - cavabını verən Prays belə bir sualla üzləşib:

“O zaman bunun ardınca verilən məntiqli sual budur ki, Yunanıstan ABŞ silahlarını müdaxilədə istifadə edir. Bəs bunun nəticələri olacaqmı?”.

Suala cavab verə bilməyən Prays hər bir ölkənin öz seçimini edə biləcəyini, amma bəzi sərt addımların nəticələrinin olacağını deməklə kifayətlənib.

Bunun ardınca jurnalistin Amerika rəsmisinə son sualı belə olub:

“İstifadə şərtləri bir tərəfdaş üçün tətbiq edilib, digəri üçün tətbiq edilmirsə, burada standart nədir? Bu şərtlərin standart və ya ikili standart olduğunu necə müəyyən edə bilərik?”.

Jurnalistin köşəyə sıxışdırdığı Prays ABŞ-ın Türkiyəyə ikili standartlardan yanaşdığını bu sözlərlə etiraf etməli olub:

“Bizim tətbiq etdiyimiz standart Amerikanın milli maraqlarına uyğun gələn hər şeydir”.