Xoş xəbərlər gözləyirik, ordu irəliləyir - Qayday

Xoş xəbərlər gözləyirik, ordu irəliləyir - Qayday

30 Sentyabr 2022 06:43
Bəyəndim (0) Bəyənmədim (0)

Luqansk vilayətində cəbhədən xoş xəbərlər gözləyirik. Ordu inamla irəliləyir.

Oxuməni.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Cəbhədə baş verən hadisələri indi şərh etmək istəməzdim. Bununla biz ancaq ordumuza zərər verə bilərik, ona görə də ancaq kömək edəcəyik. Baş Qərargahdan rəsmi məlumat gözləyək. Bizdə Xarkov istiqamətində olduğundan daha çətin vəziyyət var. Bir şeyi deyim: Ukrayna Silahlı Qüvvələri planlaşdırıldığı kimi, hər şeyi edir, hərəkət edir. Ümid edirəm ki, yaxın gələcəkdə çox müsbət xəbərlər alacağıq”, - Qayday söyləyib.