Paşinyan: "Sülh müqaviləsi Dağlıq Qarabağ münaqişəsindən ayrılmalıdır"

Paşinyan: "Sülh müqaviləsi Dağlıq Qarabağ münaqişəsindən ayrılmalıdır"

1 Oktyabr 2022 06:12
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi Dağlıq Qarabağ münaqişəsindən ayrılmalıdır. Bizim yanaşmamız belədir ki, sülh müqaviləsində Dağlıq Qarabağa istinad ola bilməz. Biz hesab edirik ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır".

Oxuməni.az xəbər verir ki, bunu Nikol Paşinyan İctimai TV-yə müsahibəsində deyib.

Paşinyan həmçinin qeyd edib ki, Qarabağ məsələsinin müzakirəsində əsas benefisiar Qarabağ xalqının özü olmalıdır, seçdikləri liderlər vasitəsilə: "Biz əldə olunmuş razılaşmalardan əl çəkmirik. Yaxın günlərdə xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə görüş keçirəcək. Əvvəllər qeyd etdiyimiz kimi, sazişin mətninin hazırlanması üzrə danışıqlara başlanılmalıdır”, - Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, bu gün danışıqlar masasında heç bir sənəd yoxdur:

"Müəyyən bir mətnin olması arzuolunan olardı. Bu, o demək olardı ki, iş irəliləyib".