Ukraynanın NATO-ya qəbulu barədə qərarı blokun bütün ölkələri verməlidir

Ukraynanın NATO-ya qəbulu barədə qərarı blokun bütün ölkələri verməlidir

2 Oktyabr 2022 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hakimiyyəti NATO-nun “açıq qapı” siyasətinə sadiqdir, lakin alyansa yeni üzvlərin qəbulu barədə qərar blokun bütün ölkələri tərəfindən verilməlidir.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalamasına şərh edərkən deyib.

“ABŞ NATO-nun “açıq qapı” siyasətinə sadiqdir. Lakin bunun necə baş verəcəyi, həqiqətən də səs verən 30 NATO ölkəsinin, eləcə də alyansa qoşulmaq istəyən ölkənin qərar verəcəyi məsələdir”-deyə, o bildirib.