Ukrayna yenə qan gölünə döndü: 330 rus hərbçisi öldürüldü

Ukrayna yenə qan gölünə döndü: 330 rus hərbçisi öldürüldü

6 Oktyabr 2022 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusu müharibə başlayandan bəri Rusiyanın 61 330 hərbçisini məhv edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, son sutka ərzində 330 rusiyalı hərbçi zərərsizləşdirilib.

Bundan əlavə, Rusiyanın digər döyüş itkiləri 2449 tank, 5064 zirehli maşın, 1424 artilleriya sistemi, 344 reaktiv yaylım atəşi sistemi, 177 hava hücumundan müdafiə sistemi, 266 təyyarə, 232 helikopter, 1047 operativ-taktiki PUA, 246 qanadlı raket, 15 gəmi/qayıq, 3 854 avtomobil və avtoçən, 134 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.