Xamenei iranlı etirazçıları terrorçularla eyni hesab edir

Xamenei iranlı etirazçıları terrorçularla eyni hesab edir

27 Noyabr 2022 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamenei etirazçıları terrorçularla müqayisə edərək bildirib ki, Bəsic yarımhərbi qruplaşma ölkəni təxribatçı və üsyançılardan xilas edib.

Oxuməni.az xəbər verir ki, Bəsiclər İslam İnqilabı Keşikçiləri Korpusuna tabedirlər və etirazların zorakılıqla yatırılmasında iştirak edirlər.

"Problem üsyançılarda deyil, hər bir üsyançı, hər bir terrorçu cəzalandırılmalıdır. Döyüş meydanı daha genişdir, bizim əsas düşmənimiz qlobal təkəbbürdür", - Ayətullah deyib. O, yenidən ABŞ-nı İranda hakimiyyəti dəyişmək cəhdində ittiham edib

İranda etirazlar şənbə günü də davam edib. Bu arada, nümayişçiləri dağıtmaq üçün rezin və metal güllələrdən istifadə olunduğundan, ölkədə ağır göz xəsarətləri alan xəstələrin sayı artdığı üçün İran oftalmoloqları həyəcan təbili çalır. Onlarla həkim İran Milli Oftalmoloqlar Assosiasiyasına ünvanlanmış məktuba imza atıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, etirazlar zamanı 450-yə yaxın insan öldürülüb, 18 mindən çox insan həbs edilib.

Emin Axund, Oxuməni.az