Miqrantlar arasında münaqişə atəş açmaqla başa çatıb

Miqrantlar arasında münaqişə atəş açmaqla başa çatıb

27 Noyabr 2022 08:29
Bəyəndim (0) Bəyənmədim (0)

Serbiya və Macarıstan sərhədində miqrantlar arasında baş verən toqquşma nəticəsində ən azı bir nəfər yaralanıb, bir neçə nəfər saxlanılıb.

Oxuməni.az xəbər verir ki, Hörqoş sakinlərinin yaxınlıqda atışma olması ilə bağlı zənglərindən sonra polis hadisə yerinə gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları orada bir qrup kişi, o cümlədən iki güllə yarası olan iyirmi yaşlı miqrantl aşkar ediblər.

Hadisə son aylarda Balkanlar vasitəsilə Qərbi Avropaya keçməyə çalışan qeyri-qanuni mühacirlərin sayının əhəmiyyətli dərəcədə artması fonunda baş verib. İmmqrantlararın əksəriyyəti Əfqanıstan və Suriyadan gəlir. Daha sonra qeyri-qanuni immiqrantlar Avropa İttifaqının üzvü olan ölkələrə - Macarıstan və Xorvatiyaya daxil olmağa çalışırlar.

Serbiya-Macarıstan sərhədində yüzlərlə qaçqın düşərgə salmışlar . Miqrantlar davamlı olaraq sərhəddə çəkilmiş məftil hasarını aşmağa çalışırlar. Tez-tez Macarıstan polisi ilə toqquşurlar.

Serbiya polisi 600-ə yaxın qeyri-qanuni immiqrantın olduğu ərazini təmizlədiklərini bildirib.

Emin Axund, Oxuməni.az