Qazaxıstan prezidentinin andiçmə mərasimi keçirilib

Qazaxıstan prezidentinin andiçmə mərasimi keçirilib

27 Noyabr 2022 13:47
Bəyəndim (0) Bəyənmədim (0)

Kasım-Jomart Tokayev rəsmən Qazaxıstan prezidenti vəzifəsinin icrasına başlayıb. Təntənəli mərasim Astanada İstiqlal sarayında baş tutub.

Oxuməni.az xəbər verir ki, çıxışında Tokayev islahatları başa çatdıracağına söz verib və işin prioritetlərindən birinin ölkədən qeyri-qanuni çıxarılan bütün aktivlərin geri qaytarılması olacağını bildirib.

O, həmçinin çoxvektorlu xarici siyasət yürüdəcəyini vəd edib. " Qazaxıstanın milli maraqlarının qorunmasına yönəlmiş balanslaşdırılmış, konstruktiv xarici siyasət həyata keçirməyə davam edəcək. Əsas diqqət qonşu dövlətlər, Rusiya, Çin və Mərkəzi Asiyanın qardaş ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlığa yönəldiləcək", - Tokayev deyib. .

Tokayev ilk rəsmi səfərini Moskvaya edəcək - noyabrın 28-də Rusiya Federasiyasının prezidenti ilə danışıqlar aparacaq, ertəsi gün isə Parisdə Fransa prezidenti ilə görüşə gedəcək.

Qazaxıstanda keçirilən seçkilərin nəticələri söz və sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına işarə edib, bu ATƏT tərəfindən tənqid edilib.

Emin Axund, Oxuməni.az