Kreml Vatikanda Ukrayna ilə danışıqların aparılması ideyasına fikrini bildirib

Kreml Vatikanda Ukrayna ilə danışıqların aparılması ideyasına fikrini bildirib

28 Noyabr 2022 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Vatikanın və müxtəlif ölkələrin Ukrayna ilə danışıqları təşkil etmək səylərini alqışlayır, lakin onlar hesab edirlər ki, Kiyevin danışıqlar platformalarına ehtiyacı yoxdur .

Oxuməni.az xəbər verir ki, bundan əvvəl Vatikanın xarici işlər naziri Pol Riçard Qallager bəyan edib ki, Vatikan Rusiya və Ukrayna arasında danışıqlar üçün yer ayırmağa hazırdır. O əlavə edib ki, hal hazırda Vatikanda danışıqlarla bağlı Rusiya və Ukrayna arasında heç bir təmas yoxdur.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə açıq danışıqlar aparmağı təklif edəcəyini bildirmişdi. O, vurğulayıb ki, Kiyev Rusiya Federasiyası ilə “pərdəarxası hər hansı münasibət” qurmaq istəmir.Eyni zamanda, oktyabrın əvvəlində Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Federasiyasının prezidenti ilə danışıqlardan imtinanı nəzərdə tutan qərarını təsdiqləyib.
Kreml bildirib ki, Ukrayna “heç bir danışıqlar aparmaq istəmir”.

Emin Axund, Oxuməni.az