ABŞ Finlandiyaya 323 milyon dollarlıq silah satışını təsdiqləyib

ABŞ Finlandiyaya 323 milyon dollarlıq silah satışını təsdiqləyib

29 Noyabr 2022 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden Administrasiyası Finlandiyaya 323 milyon dollar dəyərində silah satışını təsdiqləyib.

Oxuməni.az xəbər verir ki, bu barədə CNN-in yaydığı məlumatda deyilir. Qeyd edilir ki. Ağ Ev Finlandiyanın Hava Qüvvələrinin qırıcılarını təchiz etmək üçün AGM-154 Joint Standoff taktiki idarə olunan aviasiya raketlərinin satışının təsdiqlənməsi barədə Konqresə məlumat verib.

Bu razılaşma Avropadakı siyasi sabitlik və iqtisadi tərəqqi üçün vacib bir qüvvə olan etibarlı tərəfdaşın təhlükəsizliyini artıraraq ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcək.

"ABŞ – ın milli maraqları üçün Finlandiyaya güclü və hazır özünümüdafiə potensialının inkişafına və qorunmasına kömək etmək çox vacibdir" ,- deyə Bayden Administrasiyası bildiirb.