Daha bir müəmmalı qəza baş verib

Daha bir müəmmalı qəza baş verib

29 Noyabr 2022 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Forex Club-un qurucusu Taran təyyarə qəzasında dünyasını dəyişib

Oxuməni.az xəbər verir ki, Taran helikopterlə qəzaya düşüb, İş adamının 53 yaşı var idi. Qəzanın təfərrüatlarını açıqlamaqdan imtina edən Monacair şirkəti , qəzanın nəyə görə baş verdiyini gizlədir. Qəzada 35 yaşlı pilot da dünyasını dəyişib.
Taran 1997-ci ildə Forex Club-u təsis edib, şirkət hal-hazırda onlayn broker Libertex Group brendi altında fəaliyyət göstərir. Bundan əlavə, iş adamı İsveçrədə kripto pul kisəsi hazırlayan YouHodler şirkətinin idarə heyətinin üzvü idi. Son 10 ildir ki, sahibkar Monakoda yaşayır. Məşhur “Hello Monaco” jurnalının naşiri onun həyat yoldaşı idi .
Bundan əvvəl Rusiyanın Taif şirkətinin 61 yaşlı top meneceri Dmitri Teslenkonun Argentinada turist ekspedisiyası zamanı dünyasını dəyişdiyi məlum olub. Faciəli hadisə And dağlarında Akonkaqua zirvəsinə qalxarkən baş verib. Təxminən 6100 metrdə iş adamı özünü pis hiss eləyib. Qrupun digər üzvləri ona ilkin tibbi yardım göstərməyə, ürəyini işə salmağa çalışsalar da, nəticə olmayıb.

Emin Axund, Oxuməni.az