Erməni tələbə Rusiyada vətənə xəyanət üstündə həbs edilib

Erməni tələbə Rusiyada vətənə xəyanət üstündə həbs edilib

30 Noyabr 2022 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Vnukovoda vətənə xəyanətdə şübhəli bilinən Q, Verdiyan saxlanılıb

Oxuməni.az xəbər verir ki, Vnukovo hava limanından 500 metr aralıda avtobus dayanacağında polis əməkdaşları bir gənci saxlayıblar. O, vətəndaşları söyüb, təhqir edib. Saxlanılan şəxs Həştərxandan olan 21 yaşlı tələbə Qleb Verdiyandır. O , Rusiyanın müasir tarixində vətənə xəyanət işi üzrə ən gənc müttəhim olacaq.

Bundan 40 dəqiqə əvvəl, təxminən saat 14:20-də “Pobeda” şirkətinin təyyarəsi Həştərxandan uçan Vnukovoya eniş edib. Hava limanından metroya və ya Moskvanın mərkəzinə getməyin ən ucuz yolu şəhər avtobuslarıdır. Moskva meriyasının açıq məlumat portalında Verdiyanın xırda xuliqanlıq işinin materiallarında qeyd olunan dayanacaq ünvanı ilə üst-üstə düşür.

Belə bir sərnişin, Qleb Verdiyan idi. O, cümə günü günortadan sonra Moskvaya uçdu, sonra axşam Türkiyəyə getməyə hazırlaşırdı .

Verdiyanın əvvəllər Memarlıq və İnşaat Universitetindəki tələbə yoldaşları onu sonuncu dəfə oktyabrın sonunda universitetdə dərsdə görüblər. Tələbənin tanışlarından biri deyib ki, Verdiyan “sadəlövhcəsinə mehriban” olub , “məzəli ifadələr işlədib”.

Saat 15:10-da polis protokoluna əsasən, Qleb Verdiyan Daxili İşlər Nazirliyinin Vnukovo kəndi şöbəsinə aparılıb və 48 saat ərzində rəsmi həbs edilib. Təxminən eyni vaxtda (saat 15:17-də) “Vkontakte” sosial şəbəkəsi bu dəqiqələrdə Verdiyanın öz səhifəsində son görünüşünü qeyd edib. Tələbənin dostları bildiriblər ki, o, artıq onlarla əlaqə saxlamayıb.

Verdiyanın həbsindən artıq iki saat yarım sonra, saat 17:30-da onun polisə tabe olmamaqla xırda xuliqanlıq (İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 2-ci hissəsi) işinə Moskvanın Solntsevski Rayon Məhkəməsinin hakimi Olqa Qutorova tərəfindən baxılıb.

Verdiyan özünü təqsirli bilməyib və məhkəmədə təhqiramiz ifadələr işlətmədiyini bildirib.

Cinayət Prosessual Məcəlləsi şübhəlilərin həbsdən sonra 10 gün ərzində ittiham olunmasını tələb edir. Verdiyanla bağlı bu müddət noyabrın 17-də başa çatıb, lakin tələbənin konkret nəsə ittiham olunduğu bildirilməyib. Mənbənin sözlərinə görə, 21 yaşlı tələbə "dövlət sirri təşkil edən məlumatları xarici kəşfiyyat xidmətlərinə vermək istəyib", lakin FSB əməkdaşları onu "aşkar edib saxlayıblar".

Emin Axund, Oxuməni.az