Avropa Komissiyası: Ukrayna Ordusu müharibədə 100 min əsgər itirib

Avropa Komissiyası: Ukrayna Ordusu müharibədə 100 min əsgər itirib

30 Noyabr 2022 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ilə müharibədə Ukrayna Silahlı Qüvvələri 100 min hərbçi və buna paralel olaraq 20 min nəfər mülki əhali itirib.

Oxuməni.az xəbər verir ki, bu məlumatlar Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen tərəfindən səsləndirilib. Ancaq o, belə məlumatları haradan aldığını açıqlamayıb. AK sədri həmçinin bildirib ki, müharibə 20 mindən çox dinc ukraynalının həyatına son qoyub və təcavüzdən dəyən ziyan 385 milyard avrodan 600 milyard avroya yüksəlib

Avropa Komissiyasının rəhbəri Rusiya Federasiyasının cinayətlərinə baxacaq ixtisaslaşdırılmış məhkəmə yaratmaq üçün beynəlxalq cinayət məhkəməsi ilə işlədiyini açıqladı.

Ursula von der Leyen həmçinin deyib ki, Avropa Komissiyasının tərəfdaşları ilə birlikdə Ukraynaya dəymiş ziyanın rusiyalı oliqarxların dondurulmuş vəsaiti və Mərkəzi Bankının aktivləri ilə ödəməsini çalışır.

Əziz Mustafa, Oxuməni.az