Avropa İttifaqı silah istehsalını artırır

Avropa İttifaqı silah istehsalını artırır

30 Noyabr 2022 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı liderləri Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi fonunda blokun müdafiə sənayesində istehsalın artırılması üçün investisiya proqramının tezliklə hazırlanmasında israr edirlər.

Oxuməni.az xəbər verir ki, bu barədə Reutersin yaydığı məlumatda deyilir. Nəşrin yazdığına görə, məsələ ilə bağlı dekabrın 15-16-da keçiriləcək sammitdə ciddi müzakirələr gedəcək. Hələlik yekun sənədinin layihəsində Avropa İttifaqının silah istehsalının artırılnmasının vacibliyi xüsusi qeyd edilib.

"Avropa Şurası Avropa Komissiyasını Avropa müdafiə texnologiyaları və sənaye sektorunun, o cümlədən kiçik və orta müəssisələrin potensialını və davamlılığını gücləndirmək üçün Avropa müdafiə investisiya proqramı üzrə təklifi tez bir zamanda təqdim etməyə çağırır", - layihədə deyilir.

Aİ liderləri, həmçinin blokun Avropa Komissiyası və Avropa Müdafiə Agentliyinin hərbi boşluqları müəyyənləşdirmək və birgə müdafiə satınalmalarını əlaqələndirmək, xüsusən də Ukraynanı dəstəkləmək üçün tükənmiş avadanlıq ehtiyatlarını artırmaq üçün səylərini artırmalarını israr edəcəklər.

Əziz Mustafa, Oxuməni.az