Pentaqona Türkiyədən şillə kimi cavab: Bu bizim özünümüdafiə hüququmuzdur

Pentaqona Türkiyədən şillə kimi cavab: Bu bizim özünümüdafiə hüququmuzdur

1 Dekabr 2022 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Hulusi Akarla telefon danışığında Suriyanın şimalındakı vəziyyətdən narahatlığını bildirib.

Oxuməni.az xəbər verir ki, o, son hava hücumları da daxil olmaqla Suriyanın şimalında hərbi əməliyyatların artmasından narahatlığını bildirib.

Ostin Suriyadakı yeni türk hərbi əməliyyatı ilə qəti şəkildə razılaşmadığını bildirdi. Eyni zamanda, Pentaqon rəhbəri "ABŞ və Türkiyə arasında strateji münasibətlərin vacibliyini təsdiqlədi".

Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında Türkiyənin mövqeyi bir daha bildirilib. Hulusi Akar söhbət zamanı qeyd edib ki, "antiterror əməliyyatları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn Türkiyənin özünümüdafiə hüquqları çərçivəsində aparılır. Əməliyyatların məqsədi dinc vətəndaşların və ölkə sərhədlərinin təhlükəsizliyini təmin etməkdir".

Akar əlavə edib ki, Türkiyə İŞİD və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlığa hazırdır. O vurğulayıb ki, Türkiyənin əməliyyatlarının yeganə hədəfi terrorçulardır, koalisiya qüvvələrinə və ya mülki əhaliyə zərər vurmaqdan söhbət gedə bilməz.

Əziz Mustafa, Oxuməni.az