Reuters: Türkiyədə yeni terror aktları təhlükəsi var

Reuters: Türkiyədə yeni terror aktları təhlükəsi var

2 Dekabr 2022 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb ölkələrinin ən azı iki səfirliyinə Ankarada yeni təhlükəsizlik təhdidləri barədə xəbərdarlıq edilib. Serbiya öz vətəndaşlarına İstanbulun mərkəzində bomba partlamasından sonra Türkiyəyə səfər etməmək barədə xəbərdarlıq edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Reuters agentliyinin yaydığı məlumatda deyilir.

Üç Qərbi Avropa səfirliyi və bir böyük beynəlxalq təşkilat Reuters-ə bildirib ki, Türk səlahiyyətliləri məsələnin incəliyi səbəbindən adlarını çəkməmələrini xahiş edərək potensial təhdidlər barədə xəbərdarlıq etdilər.

Böyük bir təşkilat, Reuters-in tanış olduğu işçilərə göndərdiyi elektron poçtda, silahlıların cavab hücumları ehtimalı səbəbiylə ticarət mərkəzlərində, avtovağzallarda və hava limanlarında riskləri vurğuladı.

Türkiyənin müdafiə və daxili işlər nazirlikləri xəbərdarlıqları şərh etməkdən imtina edib.

Bu arada, Serbiya xəbər agentliyi Tanjug, ölkənin xarici işlər naziri İvitsa Daçiçdən sitat gətirərək, ölkə vətəndaşlarının mümkün hücumlar səbəbiylə önümüzdəki həftələrdə Türkiyəyə və xüsusilə Ankaraya səyahət etməmələri lazım olduğunu söylədi.

Əziz Mustafa, Oxuməni.az