Amerikalı analitiklər dünyanın ən bahalı şəhərlərinin adlarını açıqlayıb

Amerikalı analitiklər dünyanın ən bahalı şəhərlərinin adlarını açıqlayıb

2 Dekabr 2022 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Economist Intelligence Unit kompaniyasının analitikləri dünyanın hansı şəhərlərində həyatın ən bahalı olduğunu öyrənmək üçün araşdırma aparıb .

Oxuməni.az xəbər verir ki, araşdırmaya əsasən Təl-Əviv 2022-ci ildə ən bahalı şəhər adını əldən verib.Dünyanın ən bahalı şəhərləri Nyu York və Sinqapurdur. Çinin maliyyə mərkəzi olan Honq-Konq zirvənin üçüncü pilləsində qərarlaşıb.
İlk onluğa həmçinin Los-Anceles və San-Fransisko, Sürix, Cenevrə, Paris, Kopenhagen və Sidney daxil olub.Rusiyanın Moskva və Sankt-Peterburq şəhərləri 37-ci və 73-cü sırada qərarlaşıblar . Ən bahalı 172 şəhərin siyahısını Suriya Dəməşqi qapayır.

Emin Axund, Oxuməni.az