Britaniya kəşfiyyatı: Rusiyanın genişmiqyaslı hücumuna nə mane olur?

Britaniya kəşfiyyatı: Rusiyanın genişmiqyaslı hücumuna nə mane olur?

2 Dekabr 2022 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ordusunun sağ sahili tərk etməsindən sonra Xersonun logistika marşrutlarına Ukrayna artilleriyasının zərbələr endirməsi asan olub.

Oxuməni.az xəbər verir ki, keçən ay Rusiyanın Xerson bölgəsindəki Dnepr çayının qərb sahilindən çıxması Ukrayna Silahlı Qüvvələrinə əlavə Rusiya Logistika qovşaqlarına və kommunikasiyalarına zərbə vurmaq imkanı verdi.

Britaniya kəşfiyyatına görə, bu təhlükə, çox güman ki, rusları tədarük qovşaqlarını, o cümlədən dəmir yolu keçid məntəqələrini daha Cənub və Şərqə köçürməyə sövq etdi.

"Rusiya Logistika bölmələri dəmir yolundan avtomobil nəqliyyatına əlavə vaxt aparan yükləmə və boşaltma həyata keçirməli olacaqlar. Ancaq Rusiyanın qabaqcıl müdafiə mövqelərinə yaxınlaşdıqda nəqliyyat vasitələri hələ də Ukrayna artilleriyasının atəş hədəfi altında olacaq,- deyə Britaniya Müdafiə Nazirliyi öz kəşfiyyatına istinadən yazır.

Britaniya kəşfiyyatı, həmçinin qeyd edir ki, logistika problemləri ilə üzləşən Rusiyada sursat çatışmazlığı hiss edilir. Bu da Rusiyanın effektiv genişmiqyaslı hücum hərəkətlərini bərpa etmək potensialını məhdudlaşdıran əsas amillərdən biridir.

Əziz Mustafa, Oxuməni.az