Londonda “varlı rusiyalı iş adamı” həbs edilib

Londonda “varlı rusiyalı iş adamı” həbs edilib

4 Dekabr 2022 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Londonda 58 yaşlı rusiyalı çirkli pulların yuyulmasında, Daxili İşlər Nazirliyini aldatmaqda və yalan ifadə verməkdə şübhəli bilinərək saxlanılıb, daha sonra o zaminə buraxılıb.

Oxuməni.az xəbər verir ki, Milli Cinayət Agentliyinin (NCA) məlumatına görə, bu, "zəngin rusiyalı iş adamıdır". Onunla birlikdə 35 və 39 yaşlı daha iki kişi saxlanılıb. Əməliyyatda 50-dən çox əməkdaş iştirak edib.

Saxlanılanlardan birinin yaşı Britaniya sanksiyaları altında olan və Londonda yaşayan rusiyalı milyarder, “Alfa Group”un həmtəsisçisi Mixail Fridmanın yaşı ilə üst-üstə düşür. "Bu xəbərin kimə aid olduğunu bilmirik, cənab Fridman həbsdə deyil, evdədir. Onun bu hekayə ilə heç bir əlaqəsi yoxdur", - Alfa Bankın mətbuat xidmətindən bildiriblər.

Rusiyanın Londondakı səfirliyi Britaniya hakimiyyət orqanlarından rusiyalı iş adamının saxlanmasının səbəbləri və şəraiti barədə məlumat verməyi tələb edib.

Emin Axund, Oxuməni.az