Monqolustanda etirazçılar hökumət sarayına hucum edibl

Monqolustanda etirazçılar hökumət sarayına hucum edibl

5 Dekabr 2022 21:19
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq bir neçə gündür ki, Monqolustanda korrupsiya qalmaqalı fonunda etiraz aksiyaları davam edir.

Oxuməni.az xəbər verir ki, insanlar 12,9 milyard dollara çata bilən böyük miqdarda kömür oğurluğuna görə günahkarların məsuliyyətə cəlb edilməsini tələb edirlər.

“Ölkəmizdə yaxşı yaşamaq istəyirik, amma bu gün ümid edəcəyimiz heç nə yoxdur. Hamı xalqdan oğurlayır”.

Minlərlə insan Ulan-Batorun mərkəzi meydanına toplaşıb, etirazçılar şəhərin əsas magistral yolunu bağlayıblar. Yerli deputatları və baş nazir Luvsannamsrein Oyun-Erdeneni onların yanına çıxmağa çağırıblar.

Etirazçılar Hökumət Evinə girməyə cəhd ediblər. Hücum anının görüntüləri sosial şəbəkələrdə yayılıb, onlarla insanın binaya qaçdığı əks olunub. Hazırda bina polis nəzarətindədir.

Daxili Təhlükəsizlik Departamentinin rəis müavini qarşıdurma nəticəsində 4 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, indiyədək aksiya iştirakçılarının həbsi və ya saxlanması olmayıb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz hərəkətləri dayandırmaq niyyətində olduqları barədə xəbərdarlıq ediblər.

Emin Axund, Oxuməni.az