Ukrayna hərbçiləri İspaniyanın Toledo şəhərində təlim keçirlər

Ukrayna hərbçiləri İspaniyanın Toledo şəhərində təlim keçirlər

5 Dekabr 2022 21:44
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynalı əsgərlər İspaniyada döyüş hazırlığı keçirlər. Noyabrın sonundan Toledoda Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üçün təlim mərkəzi fəaliyyət göstərir.

Oxuməni.az xəbər verir ki, onun açılışını baş nazir Pedro Sançes NATO Parlament Assambleyasında elan edib.

Krallığın Müdafiə Nazirliyi hər 2 aydan bir 400 əsgər hazırlamağa hazır olduqlarını bildirir . İspaniya Piyada Akademiyasının təlimatçıları artıq 19-40 yaş arası 64 ukraynalını qəbul ediblər. İspaniyaya gəlməmişdən əvvəl onlardan yalnız ikisi silahdan istifadə edə bilirdi.

Briqada generalı və Toledo komandiri Martinez Lozano deyir ki, "Baza modulu hərbi təlim olmadan gələnlər üçün nəzərdə tutulub. Onlar yüksək motivasiyalıdırlar, döyüş meydanında nə etməli olduqlarını bilirlər və buna görə də hər şeyi çox tez qavrayırlar".

Ukraynalı könüllülərə tibbi yardım və minalardan təmizləmə kursunu da öyrənmək təklif olunub.

Emin Axund, Oxuməni.az