İsveçdə çeçen bloger Abduraxmanov öldürülüb

İsveçdə çeçen bloger Abduraxmanov öldürülüb

6 Dekabr 2022 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Çeçenistan hakimiyyətinin tanınmış tənqidçisi, bloqqer Tumso Abduraxmanov İsveçdə öldürülüb.

Oxuməni.az xəbər verir ki, Tumsonun gecə saatlarında bir qrup şəxs tərəfindən güllələndiyi bildirilir. Polis hazırda qətlin təfərrüatları araşdırılır. Hələlik təfərrüatlar verilmir, lakin İsveç xüsusi xidmət orqanlarının Tumso Abduraxmanovun qardaşını gizlətdiyi bilinir.

Abduraxmanovun silahdaşları təsdiqləyiblər ki, o, dekabrın 2-nə keçən gecə öldürülüb. İsveç rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər. Tumso Abduraxmanov ilə dekabrın əvvəlində əlaqə saxlamaq mümkün olmayıb . Hüquq müdafiəçiləri onun itkin düşdüyünü bildiriblər. Hətta o zaman bloqqerin öldürülə biləcəyi ilə bağlı məlumatlar yayılsa da, bu təsdiqini tapmamışdı.

Tumso Abduraxmanov Çeçenistan hakimiyyətini tənqid etməsi ilə tanınır. 2015-ci ildə o, Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumları ilə münaqişəsi olduqdan sonra Rusiyanı tərk edib. O, İsveçdə siyasi sığınacaq alıb. Çeçenistanda Abduraxmanov İslam Dövlətinin cihadçıları ilə əlaqədə olması ilə ittiham olunur. 2020 və 2021-ci illərdə Abduraxmanov və onun qardaşı Muhəmmədin həyatına sui-qəsd cəhdləri edilmişdir. 2021-ci ilin dekabrında Tumso Abduraxmanov doqquz qohumunun Çeçenistanda oğurlandığını bildirib.

Emin Axund, Oxuməni.az