Sanksiyalar Rusiyanın qanadlı raketlər istehsalına mane olmur

Sanksiyalar Rusiyanın qanadlı raketlər istehsalına mane olmur

6 Dekabr 2022 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyasının noyabr ayında Ukraynanın infrastrukturuna zərbələr endirmək üçün istifadə etdiyi bəzi qanadlı raketlərin qalıqlarının analizi gözlənilməz olub.

Oxuməni.az xəbər verir ki, qanadlı raketlərin istehsalında istifadə edilən üçün komponentlərin çoxu Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsindən sonra əldə edilib.

Bu nəticəyə müharibələrdə istifadə olunan silah və sursatı müəyyənləşdirən və izləyən İngiltərədəki bir qrup olan Conflict Armament Research mütəxəssisləri gəlib.

Noyabrın 23-də Rusiyanın hücumundan sonra Kiyevdə tapılan X-101 qanadlı raketlərinin dağıntılarını araşdırıbar. Qrupun bazar ertəsi yayımladığı bir hesabata görə, raketlərdən biri bu yay, digəri sentyabr ayından sonra istehsal edilib.

Bundan belə nəticə çıxır ki, Rusiya anti-Rusiya sanksiyalarından yan keçərək yarımkeçiricilərin alınması üçün kanallar tapa bilib.

Əziz Mustafa, Oxuməni.az