Çində oğurluq ilə məşğul olan məmurlar edam edilib

Çində oğurluq ilə məşğul olan məmurlar edam edilib

6 Dekabr 2022 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Çin dövləti kömürün oğurlanmasında əli olan məmurları edam edib.

Oxuməni.az xəbər verir ki, Çin tərəfi bu işdə iştirak edən Monqolustan siyasətçilərinin adlarını, bu ölkənin baş naziri Luvsannamsrein Oyuun-Erdeneyə göndərib.

Monqolustanın paytaxtı Ulan-Batorda 60 trilyon tuqrik (1,8 milyard dollar) dəyərində kömür oğurlanması xəbərləri fonunda ikinci gündür ki, etiraz aksiyaları keçirilir. Yerli media Monqolustandan ixrac edilən kömürün miqdarının Çinin qəbul etdiyindən fərqli olduğunu yazıb. Nəticədə bir neçə min insan küçələrə axışaraq günahkarların adlarının çəkilməsi və məsuliyyətə cəlb olunmasını tələb ediblər.

"Bu günə kimi 15-ə yaxın vəzifəli şəxs istintaq altındadır. Hal hazırda nazirliklərin və idarələrin nümayəndələri, şikayəti əsasında araşdırmalar aparılır”, - bu haqda Monqolustan hökumət katibliyinin rəhbəri və hakim Monqolustan Xalq Partiyasının lideri Daşzeqviin Amarbayasqalan söyləyib.

Monqolustan hakimiyyəti etirazçıları dialoqa çağırır. Eyni zamanda, Monqolustanın paytaxtının qubernatoru və Ulan-Bator şəhərinin meri Dolqorsurengiin Sumyaabazar etirazçıların zorla dağıdılması haqqında fərman verib. Dövlət vətəndaşları mitinqləri dayandırmağa çağırıb.

Emin Axund, Oxuməni.az