Amerikalı Britni Qreyneri Viktor Butla Ab-Dabi hava limanında dəyişiblər

Amerikalı Britni Qreyneri Viktor Butla Ab-Dabi hava limanında dəyişiblər

9 Dekabr 2022 09:25
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ basketbolçusu Britni Qreyneri ABŞ-da silah alverinə görə cəza çəkən Rusiya vətəndaşı Viktor Butla dəyişdirilib.

Oxuməni.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi cümə axşamı, dekabrın 8-də bildirib ki, mübadilə Abu-Dabi hava limanında həyata keçirilib.

Dünyanın ən yaxşı basketbolçularından biri, Yekaterinburq UMMC-də çıxış edən Britni Qreynerin həbsi 2022-ci ilin martında məlum olub. Şeremetyevo hava limanında Nyu-Yorkdan Rusiyaya qayıdan idmançının baqajından içərisində kanabis yağı ilə doldurulmuş iki elektron buxarlandırıcı aşkar edilib. Avqust ayında Ximki məhkəməsi Qreyneri narkotik qaçaqmalçılığı və saxlamada təqsirli bilib. O, doqquz il cəza koloniyasında və 1 milyon rubl cərimə edildi.

Emin Axund, Oxuməni.az