Ukrayna Ordusu  Zaporojye vilayətində işğalçıların toplaşdığı ərazilərə güclü zərbələr endirib

Ukrayna Ordusu Zaporojye vilayətində işğalçıların toplaşdığı ərazilərə güclü zərbələr endirib

9 Dekabr 2022 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Tokmakda yerləşdirilən xəstəxana Rusiya işğalçı qoşunlarının yaralı hərbçiləri tərəfindən tamamilə doldurulub.

Oxuməni.az xəbər verir ki, Ukrayna ordusu-UO Zaporojye vilayətinin Berdyansk, Tokmak, Melitopol, Energodar, Dneprorudnoye, Poloqa və Vasilyevka rayonlarında işğalçıların cəmləşdiyi ərazlərə zərbələr endirib. Nəticədə çoxlu sayda ölənlər və yaralananlar var.

Baş Qərargahın səhər məlumatında bildirilir ki, 3 silah-sursat anbarı və 20-yə yaxın müxtəlif tipli hərbi texnika məhv edilib.

«Tokmak vərəm əleyhinə dispanseri» əsasında yerləşdirilmiş xəstəxana tamamilə Rusiya işğalçı qoşunlarının yaralı hərbçiləri ilə dolub.

Əziz Mustafa, Oxuməni.az