İstanbulda Avropanın ən sürətli metro xətti açılıb

İstanbulda Avropanın ən sürətli metro xətti açılıb

23 Yanvar 2023 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbulda Avropanın ən sürətli metro xətti istifadəyə verib.

Oxuməni.az xəbər verir ki, o, İstanbul metropolunu onun Avropa hissəsindəki beynəlxalq hava limanı ilə birləşdirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət edəcək.

Mərasimdə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə bu layihənin həyata keçirilməsi ilə metro tikintisi məsələsində öz gücünü və imkanlarını bütün dünyaya göstərib.

Yeni stansiyaların ona qoşulması ilə xəttin uzunluğu 69 kilometr olacaq. O, gündə səkkiz yüz min sərnişin daşımaq üçün nəzərdə tutulub.

İstanbul Beynəlxalq Hava Limanı 2019-cu ildə fəaliyyətə başlayıb. Onun tikintisinin tam başa çatdırılması 2025-ci ilə planlaşdırılır. O, ildə təxminən 150 milyon sərnişinə xidmət göstərə biləcək.

E.Axund, Oxuməni.az