Avropa İttifaqına sığınacaq üçün müraciətlərin sayı demək olar ki, iki dəfə artıb

Avropa İttifaqına sığınacaq üçün müraciətlərin sayı demək olar ki, iki dəfə artıb

23 Yanvar 2023 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya ən çox sığınacaq üçün müraciət edilən ölkələrdəndir.

Oxuməni.az xəbər verir ki, bu ölkədə qaçqın statusu almaq üçün müraciət edən hər üçüncü şəxs Suriya vətəndaşıdır.

2022-ci ildə Avropa İttifaqı ölkələrində sığınacaq üçün müraciətlərin sayı demək olar ki, iki dəfə artıb. Ötən il 27 Aİ ölkəsində 923 991 sığınacaq müraciəti qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 46,5 faiz çoxdur, Almaniyanın həftəlik nəşri "Welt am Sonntag" bazar günü, yanvarın 22-də Avropa Komissiyasının miqrasiya və qaçqınlarla bağlı vəziyyətə dair məxfi sənədinə istinadən xəbər verir.

Müraciətlərin sayına görə Almaniya liderdir

Hesabatdan belə çıxır ki, ötən il Almaniyaya 2016-cı ildən bəri ən (226467 nəfər)çox qaçqın statusu almaq üçün müraciət ediblər . Almaniya Avropa İttifaqı ölkələri arasında böyük fərqlə liderlik edir.

İkinci yerdə Fransa (154 597), üçüncü yerdə İspaniya (116 952) və Avstriya (108 490) qərarlaşıb. Son üç yeri Latviya (622), Slovakiya (544) və Macarıstan (46) tutur.

Almaniyada sığınacaq axtaran hər üçüncü şəxs Suriya vətəndaşıdır, daha sonra Əfqanıstan (17 %), Türkiyədən (10%) və İraqdan (6,7 %) qaçqınlar gəlir. Ukraynadakı müharibədən olan qaçqınlar bu statistikaya daxil edilmir, çünki onlar avtomatik olaraq Aİ-də müvəqqəti yaşamaq hüququ və sosial müavinət alırlar.

E.Axund, Oxuməni.az