Britaniya kəşfiyyatı: Belarusda Rusiya "mobikləri" nin hazırlanması başa çatıb

Britaniya kəşfiyyatı: Belarusda Rusiya "mobikləri" nin hazırlanması başa çatıb

26 Yanvar 2023 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusda 2-ci qvardiya motoatıcı diviziyasının hazırlığı başa çatıb, lakin bir neçə həftəlik hərbi təlimlərə baxmayaraq 0nların döyüşlərdə uğur qazana biləcəyi inandırıcı görünmür.

Oxuməni.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında deyilir.

Britaniya kəşfiyyatı Rusiyanın səfərbər edilmiş əsgərlərinin Belarus poliqonlarında təlimindən danışıb.

Bildirilir ki, Rusiya Belarusda 2-ci qvardiya motoatıcı diviziyasının hazırlığını 2022-ci ilin payızından başa çatdırıb. Bu briqadanın əksər hərbçiləri, demək olar ki, Ukraynadakı müharibədəki tapşırıqları yerinə yetirmək üçün yenidən göndərilmədən əvvəl Rusiya Federasiyasına qayıtdılar.

"İkinci qvardiya motorlu atıcı diviziyası birinci qvardiya tank ordusunun tərkib hissəsidir və münaqişənin ilkin mərhələlərində böyük itkilər verib. İndi əsasən köhnə avadanlıqları anbarlardan idarə edən səfərbər edilmiş işçilərdən ibarətdir. Bir neçə həftə davam edən hazırlıqlara baxmayaraq, döyüş effektivliyi məhdud olacaq",- deyə məlumatda bildirilir.

Əziz Mustafa, Oxuməni.az