İsveçrə Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq edib

İsveçrə Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq edib

26 Yanvar 2023 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya təcavüzü və Ukrayna ərazisinə davam edən raket hücumları fonunda İsveçrə işğalçı ölkəyə qarşı əlavə sanksiyalar paketi tətbiq edib.

Oxuməni.az xəbər verir ki, İsveçrə hökuməti tərəfindən sanksiyalar 200 fiziki və hüquqi şəxsə tətbiq edilib.

"Federal İqtisadiyyat, Təhsil və tədqiqat Departamenti öz səlahiyyətləri daxilində müvafiq Sərəncamın əlavələrinə düzəlişlər etməyə başladı və digər şeylər arasında daha 200 - ə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiyaları təsdiqlədi",- deyə İsveçrə hökumətinin rəsmi məlumatında deyilir.

Məhdudiyyətlər siyahısına məhsul testi, reklam, bazar araşdırması və rəy sorğusu xidmətləri sahəsində xidmətlərin qadağan edilməsi, habelə müxtəlif malların, o cümlədən ikili təyinatlı malların, hərbi və texnoloji inkişaf üçün malların ixracına yeni nəzarət və məhdudiyyətlər daxildir.

Aerokosmik malların ixracına qoyulan qadağa təyyarə və dron mühərriklərinə şamil ediləcək. "Eynilə, Rusiya mədən sektoruna yeni investisiyalar qadağan ediləcək",- deyə İsveçrə hökuməti bildirib.

Əziz Mustafa, Oxuməni.az

.