Kreml Zelenskinin Putinlə söhbət haqqında açıqlamasından inciyib

Kreml Zelenskinin Putinlə söhbət haqqında açıqlamasından inciyib

26 Yanvar 2023 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatına kəskin reaksiya verib. O, Rusiya lideri Vladimir Putinlə danışmaqda maraqlı olmadığını deyib.

Oxuməni.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Zelenskini kəskin tənqid edib. O, Ukrayna prezidentinin Rusiya Federasiyasının rəhbəri üçün çoxdan mümkün bir rəqib olmadığını söyləyib.

"Biz Zelenskinin hansı vədlərlə Prezident seçildiyini bilirik. Donbass problemini həll etmədi, Minsk razılaşmalarını yerinə yetirmədi, üstəlik, məlum olduğu kimi, onları yerinə yetirmək niyyətində deyildi, müharibəyə hazırlaşdı" - deyə Peskov Zelenskini günahlandırıb.

UNİAN xatırladıb ki, Zelenski son açıqlamasında Putinlə görüşməkdə və onunla sülh danışıqlarında maraqlı olmadığını və özü üçün Putinin heç kim olduğunu deyibİ

"Mənə onunla görüşmək maraqlı deyil. Çünki həqiqətən Rusiyada qərarların kim tərəfindən verildiyini başa düşmürəm" .

Hələ ötən ilin oktyabrında Zelenski Ukraynanın milli təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib. Qərara əsasən Ukraynada Ukraynada tutduğu vəzifəsindən asılı olmayaraq heç kim Rusiya prezidenti Putinlə danışıqlar apara bilməz.

Əziz Mustafa, Oxuməni.az