Türkiyə Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib: Hücumun arxasında İranın xüsusi xidmət orqanları dayanır

Türkiyə Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib: Hücumun arxasında İranın xüsusi xidmət orqanları dayanır

27 Yanvar 2023 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib. Hücumun arxasında İranın xüsusi xidmət orqanları dayandığı ehtimal edilir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Oxuməni.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, XİN başçısı Bayramova başsağlığı verib.

Çavuşoğlu diplomatik nümayəndəliyə hücumu pisləyib və bunu qarşı tərəfin növbəti vəhşiliyi adlandırıb.

O bildirib ki, Türkiyə Azərbaycanın yanındadır.

Tehrandakı səfirliyimizə qarşı bu vəhşiliyin İran hökumətinin xüsusi xidmət orqanlarının göstərişi ilə həyata keçirildiyi ehtimal edilir.

Əziz Mustafa, Oxuməni.az