Çelik: Ərdoğanın seçkilərdə namizədliyinə heç bir maneə yoxdur

Çelik: Ərdoğanın seçkilərdə namizədliyinə heç bir maneə yoxdur

27 Yanvar 2023 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin hakim ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın yeni namizədliyinin irəli sürülməsinə heç bir maneə olmadığını bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Çelik Tvitter səhifəsində yazıb.

"Prezidentimizin namizədliyinin yenidən irəli sürülməsi üçün heç bir maneə yoxdur. Hətta heç bir mübahisənin mövzusu deyil. Bu cür müzakirələr (namizədliyin irəli sürülməsinin mümkünsüzlüyü haqqında – red.) heç bir qanuni bazaya deyil, keçmişdə qarşılaşdığımız siyasətə qanunsuz vasitələrlə istiqamət vermək istəyinə əsaslanır",- deyə Çelik vurğulayıb.

O, müxalifəti ölkədəki demokratik prosesləri pozmağa çalışmaqda günahlandırıb.

Prezident və yeni parlament seçkiləri mayın 14-də keçiriləcək.

Əziz Mustafa, Oxuməni.az