Pentaqonun keçmiş əməkdaşından şok iddia: “Səfirliyə hücumun sifarişçisi...”

Pentaqonun keçmiş əməkdaşından şok iddia: “Səfirliyə hücumun sifarişçisi...”

28 Yanvar 2023 00:09
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş əməkdaşı, analitik Maykl Doran Azərbaycanın İrandakı səfirliyinə terror hücumuna münasibət bildirib.

Oxuməni.az xəbər verir ki, analitik baş verənlərin İran rejiminin razılığı əsasında olduğunu iddia edib.

“Əsas qayda: İrandakı səfirliklərə hücumlar, rejim istəmədikcə baş vermir”, - Doran bildirib.

Pentaqonun keçmiş əməkdaşı səfirliyimizin mühafizəçisinin silahlı terrorçuya qarşı əliyalın mübarizəsinə də toxunub:

“Azərbaycanın Tehrandakı səfirliyinə hücumun müşahidə videosu böyük qəhrəmanlıq aktını ortaya qoyur”.teleqraf.com