İrana dronlarla zərbələr endirən ölkə müəmması davam edir

İrana dronlarla zərbələr endirən ölkə müəmması davam edir

30 Yanvar 2023 21:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın “Wall Street Journal” qəzeti İranın hərbi obyektlərinə pilotsuz uçan aparatlarla (PUA) edilən hücumun İsrailin həyata keçirdiyini iddia edib.

Oxuməni.az xəbər verir ki, qəzet rəsmi mənbələrlə istinadla İsrailin İranın İsfahan şəhərindəki Kosmik Araşdırmalar Mərkəzinə aid obyektin yaxınlığındakı sursat fabrikini PUA-larla vurduğunu yazıb.

Digər tərəfdən, sözügedən hücumun 2009-2021-ci illərdə İrana qarşı silsilə əməliyyatlara icazə verən İsrail Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi yeni koalisiya hökuməti dövründə həyata keçirilən ilk hücum olduğu qeyd edilib.

İranlı deputat Hüseyn Mirzayi İsfahan şəhərinin səmasında görünən PUA-ların İsrailə aid olduğunu iddia edib.

ABŞ dövlət katibi Entoni Blinkenin İran və digər regional məsələləri müzakirə etmək üçünbu gün İsrailə səfər edəcək.teleqraf.az