İspanlar sanksiyalara düşmüş rusların əmlakını axtarırlar

İspanlar sanksiyalara düşmüş rusların əmlakını axtarırlar

30 Yanvar 2023 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada müharibə ilə əlaqədar Aİ-nin Rusiya hakimiyyətinə yaxın məmurlara, siyasətçilərə və iş adamlarına qarşı tətbiq etdiyi sanksiyaların Madrid tərəfindən kifayət qədər effektli tətbiq edilməməsi məsələsi yenidən İspaniya ictimaiyyətinin və ekspertlərinin diqqət mərkəzinə düşüb.

Oxuməni.az xəbər verir ki, səlahiyyətli orqanlar Rusiya Federasiyasının bu cür vətəndaşlarının ölkədə mövcud olan əmlakının axtarışı və həbsi üçün görülən işlər barədə hələ 2022-ci ilin oktyabrında məlumat veriblər.

Sanksiya mövzusunun hazırkı müzakirəsinin birbaşa səbəbi , sanksiyaların altına düşən rusların bahalı yaxtalarını həbsdən geri götürmək cəhdləri, habelə ekspertlərin bu şəxslərin əmlakının müəyyən hissəsinin hələ də tapılmadığına dair rəyi olub. Bu əmlakların axtarışına, İspaniya qanunvericiliyinin xüsusiyyətləri mane olur.

İspaniya Milli Polisinin (NPI) DW-yə verdiyi məlumata görə, bu günə qədər sanksiya tətbiq edilən rusiyalıların İspaniya banklarında 59 hesabı bloklanıb, onların 27 əmlakı, 5 yaxtası və 4 təyyarəsi həbs edilib. Eyni zamanda, polis iddia edir ki, "Rusiya əmlakının müəyyən edilməsi işinin vaxt tələb olunur, çünki onu tapmaq çox vaxt asan olmur".

Rusiya vətəndaşlarının əmlaklarını gizlətmək və ya sanksiyalardan çıxarmaq cəhdlərini dayandırmaq üçün , nümunə olaraq İspaniya milli polisi iki yaxtanın həbsini göstərib : Barselona limanında həbs olunan "Valerie" və Mayorkada həbs olunan "Tanqo" yaxtalarının sahibləri , yaxtalarından istifadəni davam etdirmək üçün “şübhəli iş adamlarının köməyi ilə, adlarını və müvafiq sənədlərini dəyişdiriblər. Lakin bu planlar puça çıxıb və gəmilər həbsdə qalıb.

Polisin məlumatına görə, dəyəri 140 milyon avro olan “Valerie” yaxtası və 83 milyon avro dəyərində olan “Tanqo” müvafiq olaraq “Rostec” dövlət korporasiyasının rəhbəri Sergey Çemezova və “Renova” qrupunun direktorlar şurasının sədrinə məxsusdur. Şirkətlər, milyarder Viktor Vekselbergin adınadır. “Avropa İttifaqının sanksiyalarını pozmaqda , kömək edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər”, - deyə polis bildirib.

Nümunə olaraq DW-nin həmsöhbəti həbs edilən yaxtalardan birinin qeydiyyatını göstərib. Yaxta Kuk adalarının bayrağı altında üzürmüş. O, Britaniya Virciniya adalarından bir şirkət adına qeydiyyatdan keçib, bu da öz növbəsində bir qrup Panama şirkətləri tərəfindən idarə edilir. Belə qeydiyyat “sahibinin adını gizlətmək üçün deyil, həm də vergidən yayınmaq üçün aparılıb”. Belə ki, adı çəkilən yaxtanın əsl sahibini tapmaq bir neçə ay çəkib.

Bəzən məlum olur ki, sanksiyalara məruz qalan şəxs əvvəllər konkret villada yaşayıb, lakin hazırda yalnız adıçəkilən şəxsin yaxınlarının istifadə etdiyi bu əmlaka həbs qoymaq mümkün deyil.


"Yoxlama zamanı məlum olduğu kimi, ruslar əmlakların sahibləri kimi göstərilmir, lakin sənədlərə görə, villanı icarəyə götürürlər və kirayə haqqını onlara məxsus olan MMC-yə , villanın rəsmi sahibinə ödəyirlər”. Raul Moya etiraf edir ki, rusların öz firmalarından əmlak icarəyə götürməsinin maxinasiyası hamıya məlumdur, lakin bunu sübut etmək çox çətindir.

DW-yə danışan David López Peña polis axtarışının nəticələrini "təvazökar" adlandırıb. Polis də bu fikirlə razıdır. O, istintaqın davam etdiyini və sanksiya tətbiq edilmiş şəxslərə məxsus daşınmaz əmlak və maliyyə aktivləri ilə bağlı bir neçə yüz işin baxıldığını bildirir.

E.Axund, Oxuməni.az