İsrail fələstinlilərin evlərini sökür

İsrail fələstinlilərin evlərini sökür

30 Yanvar 2023 16:32
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail fələstinlilərin evlərini sökür.

Oxuməni.az xəbər verir ki, bu, Şərqi Qüdsdə sinaqoqun yaxınlığında 7 nəfəri öldürən 21 yaşlı fələstinlinin evidir. Hücum edənlərin qohumlarını müəyyən hüquqlardan məhrum etmək üçün hökumət tədbirləri çərçivəsində sökülməzdən əvvəl İsrail əsgərləri onu möhürləyiblər.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu “terrorçuluğu dəstəkləyən terrorçuların ailələri” kateqoriyasına aid olan fələstinlilərin qohumlarına qarşı sanksiyaları açıqlamışdı. Bu tədbirlər sırasında belə ailələrin evlərinin sökülməsi, sosial təminat hüquqlarından məhrum edilməsi də var.

"Paralel olaraq, fövqəladə xidmətlər də daxil olmaqla minlərlə İsrail vətəndaşı üçün silah lisenziyalarının verilməsini sürətləndiririk", - Netanyahu bildirib.

Bazar günü artıq Şərqi Qüdsdə bir neçə fələstinlinin evi sökülüb. İsrail onların icazəsiz tikildiyini iddia edir. Söküntülər cümə və şənbə günləri 7 nəfərin öldüyü, 5 nəfərin yaralandığı israillilərə qarşı iki hücumdan sonra həyata keçirilib.

Fuad, Oxuməni.az