Məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artmaqda davam edir

Məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artmaqda davam edir

31 Yanvar 2023 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Oxuməni.az xəbər verir ki, son məlumatlara görə, Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb. Hadisə zamanı 150-dən artıq adam müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xatırladaq ki, hadisə dünən baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti terrorçu-kamikadze törədib. O, partlayıcı qurğunu 300-400 nəfərin, o cümlədən yaxınlıqdakı bir neçə polis bölməsinin polis əməkdaşlarının günorta namazı üçün məsciddə olduğu vaxt işə salıb. Digər mənbələrə görə, bomba məscidin binasına qoyulub. Yerli medianın polisə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində məscidin əsas zalının tavanı qismən dağılıb. Qəza yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Rüfət, Oxuməni.az