Ermənistan ordusunun kapitanı Hindistan texnikası haqqında xaricə məlumat ötürüb

Ermənistan ordusunun kapitanı Hindistan texnikası haqqında xaricə məlumat ötürüb

31 Yanvar 2023 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı növbəti dəfə xaricə gizli sirləri ötürən şəxsin həbsi barədə məlumat yayıb.

Oxuməni.az xəbər verir ki, məlumatda casusun hansı ölkəyə gizli sirləri ötürdüyü barədə heç nə deyilmir. Sadəcə olaraq qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin kapitanı 2021-ci ilin əvvəlində xarici Xüsusi Xidmət tərəfindən əməkdaşlığa cəlb edilib. O, silahlar, döyüş mövqeləri, texnika, o cümlədən bu yaxınlarda əldə edilmiş Hindistan hərbi texnikasının fotoşəkilləri haqqında xaricə gizli məlumatlar ötürüb.

Casus ötürülən məlumatlara görə iki dəfə mükafat alıb.