Bayden: ABŞ Ukraynaya F-16 qırıcıları verməyəcək

Bayden: ABŞ Ukraynaya F-16 qırıcıları verməyəcək

31 Yanvar 2023 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Ukraynaya F-16 qırıcıları verməyəcəyini rəsmi şəkildə bəyan edib.

Oxuməni.az xəbər verir ki, prezident Co Baydenin jurnalistlərin ABŞ-ın Ukraynaya F-16 qırıcıları veriləcəyi ilə bağlı sualına cavabı mənfi olub.

Baydenin təhlükəsizlik üzrə müşaviri Con Finer F-16 qırıcılarının Kiyevə verilməsinin nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı sualını cavablandırarkən bildirib ki, Vaşinqton “bunu istisna etmir”. Həmin gün Pentaqonun sözçüsü Sabrina Sinq jurnalistlərə F-16 təyyarələrinin verilməsi məsələsinin "gündəmdən çıxarılmayacağını" təsdiqləyərək, ukraynalı pilotların F-16-dan istifadə etmək üçün uzunmüddətli təlimə ehtiyac olduğunu vurğulayıb.

Ukraynaya alman və amerikan tanklarının göndərilməsi qərarından sonra NATO ölkələri vəziyyətin daha da gərginləşəcəyi qorxusuna baxmayaraq, Kiyevə döyüş təyyarələrinin verilməsi imkanlarını müzakirə edirlər.

Bundan əvvəl Ukrayna xarici işlər nazirinin müavini, Almaniyadakı keçmiş səfir Andrey Melnik Rusiyanın hərbi təcavüzünü dəf etmək üçün Kiyevə tanklardan əlavə qırıcı təyyarələr, hərbi gəmilər və sualtı qayıqlara ehtiyac duyacağını bildirib. Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində qırıcı təyyarələrdən bəhs edib: "Ukrayna üçün uzaqmənzilli raketlərin verilməsi vacibdir, artilleriya sahəsində də əməkdaşlığımızı genişləndirməlidir, Ukrayna üçün qırıcı təyyarələrin verilməsi, bu bir xəyaldır, bu bir vəzifədir, bizim hamımız üçün vacib vəzifədir."

Yanvarın 30-da Polşanın baş naziri Mateusz Morawiecki ölkəsinin F-16 qırıcılarını Ukraynaya təhvil verməyə hazır olduğunu təsdiqləyib, ancaq NATO ilə "tam koordinasiyada". Fransa prezidenti Emmanuel Makron da Kiyevə Qərb döyüş təyyarələrinin verilməsinə icazə verib və vurğulayıb ki, Parisə hələlik Kiyevdən bununla bağlı rəsmi müraciət daxil olmayıb.

Bu arada Almaniya kansleri Olaf Şolz yanvarın 25-də Bundestaqda çıxış edərək, Ukraynaya alman döyüş təyyarələrinin verilməsindən imtina edib.

E.Axund, Oxuməni.az