Ukraynaya görə mindən çox rus Almaniyadan sığınacaq alıb

Ukraynaya görə mindən çox rus Almaniyadan sığınacaq alıb

31 Yanvar 2023 13:16
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynaya silahlı təcavüzü başlayandan bəri Almaniya təhlükə altında olan 1149 Rusiya vətəndaşına sığınacaq verib. Təkcə yanvarın 13-nə olan məlumata görə, 679 rusa humanitar viza verilib.

Oxuməni.az xəbər verir ki, bu məlumatı yanvarın 31-də Almaniya Daxili İşlər Nazirliyi Bundestaqdakı "Sol" partiya fraksiyasının rəsmi sorğusuna cavablnda deyib.

Almaniya, Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə razılaşmadığı üçün xüsusilə yüksək risk altında olan ruslara kömək vəd edib. Söhbət ilk növbədə müxalifətdən, jurnalistlərdən və hüquq müdafiə hərəkatının fəallarından gedir. Belə şəxslərə sığınacaq "Yaşayış Hüququ Aktının" 22-ci bölməsi əsasında verilir, ona əsasən Almaniyada yaşamaq icazəsi "təcili humanitar səbəblərə görə" verilə bilər.

Almaniya diplomatik nümayəndəliklərinin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri risk altında olan ruslara Almaniyada qısa müddətə qalmaq icazəsi ilə 510 Şengen vizası verilib.

Sənəddə həmçinin göstərilir ki, Federal Miqrasiya və Qaçqınlar İdarəsi təhdid altında olan ruslara sığınacaq verilməsi prosedurunu hələ təsdiq etməyib. Hər bir işə hələ də fərdi qaydada baxılır.

Bundestaqın "Sol" partiyasının deputatı Klara Bünger Rusiya müharibəsindən yayınanların Almaniyada hələ də sığınacaq zəmanəti almamasını tənqid edib. "Bu qədər uzun müddətə nəyi yoxlaya biləcəyi mənə aydın deyil" dedi və Almaniya hökumətini "federal hökumətin gözəl sözləri boş vədlər olaraq qalmaması" üçün ruslara sığınacaq verilməsi təcrübəsini nəzərdən keçirməyə çağırıb. Rəsmi Berlin rusiyalı fərarilərə dəstək vəd etmişdi.

Daxili İşlər Nazirliyinin cavabında o da bildirilir ki, 2022-ci ilin mart-noyabr ayları ərzində Rusiya Federasiyasının 69 vətəndaşı beynəlxalq müdafiəyə layiq görülüblər və onlara sığınacaq verilməsinin konkret səbəbləri göstərilməyib.

Almaniyanın digər ölkələrdən olan fərarilərin hüquqlarını qoruyan “Connection” humanitar assosiasiyasının məlumatına görə, Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiyadan Qərbi Avropaya 150 minə yaxın hərbi yaşda olan kişi qaçıb. Təşkilatın özü müharibə ilə razılaşmayan mindən çox rusiyalıdan sorğu alıb.

Rüfət, Oxuməni.az