“Döyüşmək istəməyənləri güllələyirlər” - “Vaqner” komandirindən şok açıqlama + VİDEO

“Döyüşmək istəməyənləri güllələyirlər” - “Vaqner” komandirindən şok açıqlama + VİDEO

31 Yanvar 2023 23:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynadakı işğalda fəallıq nümayiş etdirən “Vaqner” təşkilatının yüksək səviyyəli komandirlərindən olan Andrey Medvedev gündəm yaradacaq açıqlamalar verib.

Oxuməni.az "AzPolitika.info”ya istinadən xəbər verir ki, müharibədən yayınaraq Norveçə sığınan A.Medvedev “Vaqner”də gördüyü vəhşiliklərdən danışıb.

O, döyüşmək istəməyən hərbçilərin digər yoldaşlarının gözləri qarşısında güllələndiklərini bildirib: “Oradakı vəhşiliklərə dözə bilmədiyimdən, qaçmağa qərar verdim. “Vaqner”də döyüşmək istəməyən əsgərlərə qarşı çox amansız üsullardan istifadə edirlər. Onlar döyüşmək istəməyənləri yığıb yeni gələnlərin gözü qarşısında güllələyirdilər”.

“Vaqner”in qurucusu Yevgeni Priqojini “şeytan” kimi xarakterizə edən Medvedev, təşkilatın döyüş üsulları ilə bağlı bunları deyib: “Onların heç bir taktikası yoxdur. Nə edəcəyimizlə bağlı heç bir göstəriş almırıq. Hər kəs sadəcə döyüşür”.

Məlumat üçün qeyd edək ki, “Vaqner” muzdluları ayda təxminən 1500 dollar, cəbhəyə getdikləri təqdirdə isə 2000 dollar məvacib alırlar.