Fransada pensiya islahatına qarşı ümummilli tətil keçirilir

Fransada pensiya islahatına qarşı ümummilli tətil keçirilir

1 Fevral 2023 09:43
Bəyəndim (0) Bəyənmədim (0)

Yüz minlərlə insan Fransa küçələrinə çıxıb, ölkədə həmkarlar ittifaqları və siyasi sol qüvvələrin çağırışı ilə pensiya islahatına qarşı ümummilli tətil keçirilir.

Oxuməni.az xəbər verir ki, bu arada parlamentin xüsusi komissiyası gərgin şəraitdə hökumətin təqdim etdiyi pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan sənəd layihəsinə baxır.

"Fəth olunmamış Fransa" partiyasının lideri Jan-Lüks Melanşon :

"Bu tətil vətəndaş üsyanıdır. İnsanlar hökumətin onlardan çox sadə bir şeyi, ləyaqətlə yaşamaq hüququnu, yəni müəyyən yaşdan sonra işləməyi dayandırmaq niyyətini əlindən almağa, etiraz edirlər. Çünki sağlamlıq artıq tükənib".

Tətildə nəqliyyat sənayesi, enerji sektoru müəssisələri, poçtalyonlar, müəllimlər, kommunal xidmətlər, dövlət qulluqçuları iştirak edirlər. Etiraz aksiyalarına ictimai dəstək artır, rəy sorğularına görə, Fransa sakinlərinin 76%-i artıq islahatların əleyhinədir.

E.Axund, Oxuməni.az