Netanyahu İrana qarşı güc tətbiq etməyə icazə verdi

Netanyahu İrana qarşı güc tətbiq etməyə icazə verdi

1 Fevral 2023 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Netanyahu İrana qarşı güc tətbiq etməyə icazə verib və bunun Tehran üçün ağır nəticələrinin olacağı gözlənilir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, İsrailin Baş naziri Benyamin Netanyahu CNN-ə müsahibədə bildirib ki, əgər bu ölkənin qarşısını almaq siyasəti uğur gətirməsə, onda İrana qarşı hərbi gücdən istifadə etmək qaçılmaz olacaq.

"Deyərdim ki, İrana qarşı nüvə silahını əldə etməkdən çəkindirmə cəhdləri uğursuz olarsa, bizim hərəkət etməkdən başqa çarəmiz qalmayacaq",- deyə baş nazir bildirib.

Netanyahunun sözlərinə görə, İran müharibə istəmir, çünki uduzacaq və bu məsələyə "çox ehtiyatla"yanaşır.

O əlavə edib ki, İran nüvə silahına sahib olmaq istəyirsə, hətta "yüz" razılaşmaa imza atsa belə ona əməl etməyəcək.

Əziz Mustafa, Oxuməni.az