Ukrayna həqiqətən müharibədən dərhal sonra NATO üzvlüyünə layiqdir

Ukrayna həqiqətən müharibədən dərhal sonra NATO üzvlüyünə layiqdir

1 Fevral 2023 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-nun sabiq generalı qeyd edib ki, Ukrayna ordusu bu müharibədən sonra Avropada ən təcrübəli ordu olacaq.

Oxuməni.az xəbər verir ki, Çexiyanın yeni seçilmiş prezidenti, NATO-nun sabiq generalı Pyotr Pavel bəyan edib ki, müharibə bitən kimi Ukrayna NATO-ya üzv olmağa layiqdir.

Seçildikdən sonra ilk müsahibəsində Pavel BBC jurnalistlərinə Ukraynanın müharibə bitdikdən sonra ittifaqa qoşulmağa "mənəvi və praktik olaraq hazır olduğunu" və ordusunun Avropada ən təcrübəli olacağını söylədi.

"Ukrayna ordusu bəlkə də Avropanın ən təcrübəli ordusu olacaq. Ukrayna demokratik ölkələr birliyinin bir hissəsi olmağa layiqdir",-dedi.

Bunun NATO üzvlüyünə aid olub-olmadığını aydınlaşdıran suala Çexiyanın yeni lideri bəli dedi: "İnanıram ki, həqiqətən buna layiqdirlər."

Pavel qeyd edib ki, müharibənin sonu Rusiyanın əlindədir. "Prezident Putinin Qüvvələrini Ukraynadan çıxarmaq üçün yalnız bir qərarı lazımdır vəbelə olsa müharibə bitəcək",- deyə o vurğulayıb.

Əziz Mustafa, Oxuməni.az