Baydendən xəbərdarlıq: Bəşəriyyəti nüvə müharibəsindən daha dəhşətli bir fəlakət gözləyir

Baydendən xəbərdarlıq: Bəşəriyyəti nüvə müharibəsindən daha dəhşətli bir fəlakət gözləyir

1 Fevral 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Co Bayden bildirib ki, bəşəriyyəti nüvə müharibəsindən daha dəhşətli bir fəlakət gözləyir.

O qeyd edib ki, iqlim dəyişikliyi bəşəriyyət üçün nüvə silahından daha təhlükəlidir.

Oxuməni.az xəbər verir ki, Baydenin fikrincə iqlim dəyişiklikləri, quraqlıq, su çatışmazlığı və təbii fəlakətlər yüz milyonlarla insanları doğma yurd-yuvalarını tərk etməyə və xilas yolunu digər ərazilərdə axtarmağa məcbur edəcək.

"Bütün bunlar isə öz növbəsində qanlı toqquşmalara səbəb olaraq yeni qırğınlara gətirib çıxaracaq. Acliq, susuzluq, xəstəliklər insanların milçək kimi qırılaraq məhv olmasına səbəb olacaq",-deyə Bayden bəşəriyyəti yaxın gələcəkdə gözləyən fəlakətlər barədə xəbərdarlıq edib.

Bayden deyib ki. bunlar isə nüvə müharibəsindən daha dəhşətlidir.

Əziz Mustafa, Oxuməni.az