Ərdoğan: Türkiyə İsveçin NATO-ya üzvlüyünə  veto qoyacaq

Ərdoğan: Türkiyə İsveçin NATO-ya üzvlüyünə veto qoyacaq

1 Fevral 2023 18:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ankara İsveçin NATO-ya üzvlüyünə dair ərizəsini təsdiqləməyəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında bildirib.

Türkiyə lideri bildirib ki, Finlandiyanın NATO-ya qəbul edilməsi məsələsi müsbət həll oluna bilər.

"İsveç vaxt itirməməlidir. Nə qədər ki, sən bizim müqəddəs kitabımızı - Quranı yandırmağa, onu yırtmağa icazə verəcəksən və bu fonda sənin hüquq-mühafizə orqanları fəaliyyətsiz qalacaq, biz sənin NATO-ya daxil olmağına "hə" deməyəcəyik. Eyni zamanda, bizim bu məsələdə Finlandiyaya müsbət münasibətimiz var", - deyə Ərdoğan bildirib.

Əziz Mustafa, Oxuməni.az